Freydin nəvəsini Hitler və II Yelizaveta ilə nə birləşdirir?

Dünya rəssamlığının ən məşhur portretlərinin müəllifi Lüsyen Freyd sayılır. Bu əsrarəngiz rəssam avtoportretlərini çox qəribə obrazlarda təqdim etməyi bacarıb. Sənətşünaslar adətən Freydin yaradıcılığını Dürer və Rembrandtla müqayisə edirlər. Bəs bilirsinizmi dünya şöhrətli rəssam kimin soyundandır? Yəqin soyadından da təxmin etdiniz ki, Lüsyen əfsanəvi psixoloq Ziqmund Freydin nəvəsidir.
Məşhur rəssam 1922-ci ildə Berlində doğulub. 11 yaşına çatanda ailəsi yəhudilərə qarşı yönəlmiş nasist rejimindən Britaniyaya qaçmaq məcburiyyətində qalır.
Davamı →

Kraliça II Yelizavetanın 50 illik sirri

II Yelizavetanın 50 ildir simvoluna çevirilən dəri ayaqqabılarının sirri açılıb.

2003- cü ildən bəri Kraliçanın paltarlarını dizayn edən  modaliyer Stevard Palvin Kraliçanın demək olar ki, hər fotosunda ən böyük ortaq nöqtə olaraq ortaya çıxan dəri ayaqqabıları ilə bağlı  detalları açıqlayıb.

Məşhur ingilis qəzetinə müsahibə verən Palvin Yelizovetanın ayaqqabılarının Londononun Kensinqton səmtində yerləşən tarixi Anello və David ayaqqabı sexində 4 nəfərlik bir komanda tərəfindən hazırlandığını bildirib. Adını daşıdığı nənəsinin tövsiyəsi ilə bu ayaqqabı sexini seçən Kraliça burdakı ilk ayaqqabısını 1960- cı illərin əvvəllərində hazırladıb. Kraliçanın yeni ayaqqabısıdan narahat olduğu üçün ayaqları Yelizoveta kimi 37 nömrə olan bir saray əyanı tərəfindən Buckingham Saray dəhizlərində geyinilrək, genşləndirildiyini ifadə edən Palvin “Cinders adı verilən saray əyanı yeni ayaqqabıları pambıq corablarla geyinib bir müddət xalçaların üstündə gəzir” deyib.

1922-ci ildə tikilən Anello və David ayaqqabı sexinin ustalarında olan David Hyatt “Kraliça üçün hər il bir, ya da iki ayaqqabı istehsal edirik. Bəzən də köhnə ayaqqabılarının iplərini və topuqlarını dəyişərək onları yeniləyirik. Kraliça qətiyyən müsriflik etmir”.

Ayaqqabıların cütü min sterlinqə başa gəlsə də Kraliça köhnə ayaqqabılarını hələ də təmirə verir.

 


Davamı →

II Yelizaveta " 1953 The Queen's Coronation"

Bukingem sarayında II Yelizavetanın " 1953 The Queen's Coronation" tacqoyma mərasinin 60 illiyinə həsr olunmuş sərgi keçirilmişdir. Sərgiyə tacqoyma paltar, altı metrlik bənövşəyi xalat, zinyət əşyaları, qızıl suyuna çəkilmiş Vindzorov kareta və bir çox başqaları eksponatlar daxildir .


Ardı →

Böyük Britaniya kraliçası-II Yelizaveta

Kraliça II Yelizavetanın Edinburq hersoqu, şahzadə Filiplə brilliant toyu münasibətilə Bukingem sarayı tərəfindən onların nikahı barədə bəzi faktlar açıqlamışdır. İndiki kraliça — özünün brilliant toyunu tarixdə ilk dəfə qeyd edən Britaniya monarxıdır. Şahzadə Yelizaveta və Filip 1934-cü ildə Filipin qohumu, yunan şahzadəsi Marina və şahzadə Yelizavetanın qohumu Kent hersoqunun toyunda tanış olmuşlar.
Şahzadə Yelizaveta və leytenant Filip Mauntbattenin nişanlanması haqqında 1947-ci il iyulun 9-da elan edilmişdir. Yunanıstan və Danimarka şahzadəsi Filip Böyük Britaniyanın Kral Hərbi Dəniz Donanmasında xidmətə 1939-cu ildə daxil olmuş və İkinci Dünya Müharibəsindən sonra 1947-ci ilin fevralında Britaniya vətəndaşlığı almışdır. Donanmada gələcək işini davam etdirmək üçün şahzadə Filip özünə soyad seçməli idi və öz anasının şahzadə Alisa Battenberqin britaniyalı qohumlarının soyadı olan Mauntbatten üzərində dayanmışdır. Şahzadə Yelizaveta ilə evləndikdən sonra kral IV Georq ona Edinburq hersoqu titulunu vermişdir.
Ardı →